Birinci sinfə şagird qəbulu dayandırılır 

14:22 08.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

 

Hafta.az xəbər verir ki, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

 

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.